Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio Olimpiadasına görə 6.2 milyard dollar qazandılar
Braziliyanın Turizm Nazirliyi 2016-cı ildə keçirdikləri Yay Olimpiya Oyunlarının ölkəyə rekord sayda turizm cəlb etdiyi təsdiqləyib.
Sportfm.az xəbər verir ki, 12 ayda 6,5 milyon əcnəbi turist gəlub ki, bu da daha əvvəlki illə müqayisədə 4,8 faiz çoxdur. 2016-cı ildə Braziliya turizmdən 6,2 milyard dollar qazanıb ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur. Ölkənin turizm naziri Marks Beltrao rəqəmlərin həddən artıq müsbət olduğunu söyləyib: "Daha çox irəliləyişlər var. Bu onu göstərdi ki, Braziliya böyük bir turniri keçirmək gücündədir. Bununla belə, Yay Olimpiya Oyunlarından effektiv faydalandığımızı göstərmək üçün hələ çox şey etməliyik. Olimpiada Braziliyanın nüfuzunu hədsiz yüksəltdi. Ölkə olaraq turizm istiqamətində tam potensialı göstərmək üçün xeyli əziyyət çəkməli olduq".
Qeyd edək k, Rio-de-Janeyroda yarışların keçirildiyi bir sıra arenalar, idman mərkəzləri federal hökumətin nəzarətinə verilib. "Karioka 3 Arena" isə şəhər hakimiyətinin nəzarəti altında qalacaq və oranın 1000 tələbəlik tutumu olan Olimpiya məktəbinə çevrilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Transferlərə xərclənən məbləğ - 1,46 milyard dollar
Transfer üçün xərclənən pulların məbləği pik həddə çatdı - REKORD
Azərbaycan Qran Prisində nə qədər bilet satılıb?
Olimpiada üçün büdcə 2 milyard dollara çatdı
Rio-2016: Olimpiada tarixində yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası