Bakıda qapalı buz meydançası istifadəyə veriləcək -AÇIQLAMA
“Tezliklə Bakıda qapalı buz meydançasının istifadəyə verilməsi nəzərdə tutulub”.
Sportfm.az xəbər verir ki, bunu müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov qış idman növlərinin inkişafı ilə bağlı danışarkən deyib.
Nazir bildirib ki, həm Qusar, həm Qəbələ, həm də Naxçıvanda komplekslər var: “Doğrudur, bunlar daha çox əyləncə, turizm üçün nəzərdə tutulub, amma biz federasiya ilə danışmışıq, artıq ilkin addımlar atılıb. Orda təlim-məşq toplanışları üçün şərait yaradılacaq”.
Fərid Qayıbov bildirib ki, cəlb olunan legioner idmançılar şərait olmadığı üçün əsasən xaricdə məşq edirlər: “Həm nazir, həm də vətəndaş kimi istərdim ki, bu növlər bizdə də inkişaf etsin. Yeni ilin ilk aylarında yəqin ki, buz meydançası tam hazır olacaq və açılışı ediləcək. Qapalı buz meydançası olacaq”. (Report)
Oxşar xəbərlər
Bakıda buz meydançası istifadəyə verildi
İdman naziri 7 yaşlı uşağın ölümündən danışdı
Nazir Bakının kənd və qəsəbələrində idman mərkəzlərinə baxış keçirdi - FOTO
Yeni nazir Azərbaycan - Portuqaliya matçı haqqında danışdı - "Çox təəssüf ki, komandamız məğlub oldu"
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
-
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
-
"Zirə" Estoniyadan əliboş qayıdır - Konfrans Liqası
-
"Qarabağ" bolqarıstanlılara qol vura bilmədi - Avropa Liqası
-
Qubanın kəndinin klubunun üzvü yığmada - SİYAHI
-
“Qarabağ”ın potensial rəqiblərinin oyunlarının nəticələri















Misli Premyer Liqası