reklam
Terrorçu PKK-ya dəstək verdi, Türkiyədən qaçdı, Almaniyada cinayətkar təşkilat yaratdı
Sportfm.az xəbər saytı

Terrorçu PKK-ya dəstək verdi, Türkiyədən qaçdı, Almaniyada cinayətkar təşkilat yaratdı


Kürd əsilli almaniyalı futbolçu Deniz Naki Axen şəhərində saxlanılıb.
Sportfm.az fanat.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi cinayətkar təşkilatı idarə etməkdə və narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinir.
Axen prokurorluğundan bildirilib ki, Nakidən başqa digər bir şəxs də tutulub, onların PKK terror qruplaşmasının tərəfdarları olduğu təsdiqlənib.
Qeyd edək ki, Deniz Naki terrorçu PKK-ya dəstək verməsi ilə tanınır. “Gənclərbirliyi”ndə çıxış edərkən terror təşkilatının təbliğatını aparan futbolçu bu klubdan ayrıldıqdan sonra bir müddət işsiz qalmışdı. Daha sonra “Amedspor”la anlaşan Deniz 2016-cı ildə Novruz tədbirlərinə peşmerge geyimində qatılmışdı.
Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi Afrin əməliyyatı zamaı YPG terror təşkilatına dəstək verən Deniz 2018-ci ildə TFF tərəfindən milli ayrı-seçkilik və ideoloji təbliğat apardığına görə 3.6 ay cəzalandırılmışdı. Daha sonra isə “Türkiyədə irqçiliyə məruz qalıram” deyərək Almaniyaya köçmüşdü.

Oxşar xəbərlər

Hakan Şükürün atasına cəza kəsildi - 3 il 1 ay 15 gün
Almaniyalı azarkeşlərdən "Afrini qoruyun" pankartı - FOTO
Türk futbolçu ömürlük yaşıl meydanlardan uzaqlaşdırıldı - Səbəb Afrin
Futbolçu terror təbliğatı ilə məşğul olub
Rio-2016: Terror aktı hazırlayanlar həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər