"Hansısa futbolçunun yoxluğu "Qarabağ"a təsir etməməlidir" -Elmar Baxşıyev
"Hazırda "Qarabağ"la oyunu düşünürük. Həmin qarşılaşmada uğurlu nəticəyə köklənmişik".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Qəbələ" komandasının baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XII turunda evdə "Qarabağ"la qarşılaşacaqları matç barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis görüşə tam heyətə hazırlaşdıqlarını və bütün oyunçularının test nəticələrinin neqativ olduğunu bildirib: "Zədə ilə bağlı da problemimiz yoxdur. Tam tərkibdə matça hazırlaşırıq. Rəqibdə koronavirusa görə bəzi futbolçular oynamayacaq. Amma onların heyəti genişdir. Hansısa futbolçunun yoxluğu "Qarabağ"a təsir etməməlidir. Biz rəqibdən çox öz oyunçularımızı düşünürük".
Baxşıyev XII və XIII turun arasında az vaxtın olmasına da toxunub: "Belə şəraitdə də oynamışıq. 3-4 gündən bir matçlarımız olub. Bunu normal qəbul etmək lazımdır. Hər bir kollektiv bu praktikanı keçib. Biz təqvimlə bağlı qərarı normal qarşıladıq".
Baş məşqçi təlim-məşq toplanışının hava şəraitinə uyğun Bakıda və ya Qəbələdə baş tutacağını söyləyib.
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq. (report)
Oxşar xəbərlər
"Qarabağ"ın reklama ehtiyacı yoxdur" - Elmar Baxşıyev
"Qapıçının səhvi mənim səhvimdir" - Elmar Baxşıyev
"Səhv olmasa, heç kim qol vura bilməz" - Elmar Baxşıyev
"Rəhbərlikdən yeni transfer istəmişəm" - Elmar Baxşıyev
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası