reklam
Mixael Şumaxerin oğlu debüt etdi  -
Sportfm.az xəbər saytı

Mixael Şumaxerin oğlu debüt etdi -"Formula 1"də


Yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu, "Hass"ın pilotu Mik Şumaxerin "Formula 1"də debütü gerçəkləşib.

Sportfm.az xəbər verir ki, 21 yaşlı sürücü mövsümün sonuncu - Abu-Dabi Qran-prisi öncəsi test yürüşündə iştirak edib. O, sərbəst yürüşü 18-ci pillədə tamamlayıb.

Ən yaxşı nəticəni isə "Red Bull" pilotu Maks Ferstappen göstərib. "Mercedes"dən Valtteri Bottas 2-ci, "Renault"dan Esteban Okon 3-cü yerlə kifayətlənib.

Koronavirusa yoluxduğu üçün əvvəlki mərhələni buraxan "Mercedes"in yeddiqat dünya çempionu britaniyalı Lüis Hemilton ilk yürüşdə beşinci yeri tutub.

Qeyd edək ki, Mik Şumaxerin test yürüşündə iştirakı onun 2021-ci ildəki dünya çempionatına hazırlığının bir hissəsidir. "Ferrari" akademiyasının pilotu "Formula 2" (2020) və "Formula 3" (2018) çempionudur.

Oxşar xəbərlər

Hamilton Braziliyada qalib oldu - Formula 1
Hemilton 8 qat dünya çempionu olacaq - Formula 1
Rusiya Qran-prisinin qalibi məlum oldu
Hamilton Şumaxerin rekordunu təkrarladı
Yarışı 9-cu yerdə başa vurdu, 4-cü dəfə dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər