reklam
AFFA
Sportfm.az xəbər saytı

AFFA "Keşlə"ni cərimələdi -160 manat


AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 160 manat məbləğində cərimələyib.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisinin əvəzedici komandası I Divizionun VIII turunda MOİK-lə oyunda AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirməyib. Kluba bunun üçün 80 manat məbləğində cəza verilib.

Komandanın 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb və klub əlavə 80 manat məbləğində ziyana düşüb.

İK "Kəpəz" klubuna isə 80 manat cəza kəsib. "Qarabağ-2" ilə oyundan əvvəl təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün Gəncə təmsilçisi 40 manat məbləğində cərimələnib.

Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün "Kəpəz"ə əlavə 40 manat cəza verilib.

Oxşar xəbərlər

Premyer Liqanın 3 klubu futbolçularına görə cərimələndi - 800 manat
AFFA "Qəbələ"ni cərimələdi - Premyer Liqa
AFFA klubları cərimələdi - 80 manat
AFFA klubları cəzlandırdı - I Divizion
Paytaxt klubu 400 manat cərimə olundu - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər