Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA "Qəbələ"ni cərimələdi -Premyer Liqa
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 600 manat məbləğində cərimələyib.
Sportfm.az xəbər verir ki, buna səbəb əyalət təmsilçisinin Premyer Liqanın XII turunun “Qarabağ”la ev matçında (1:1) qayda pozuntusuna yol verməsidir.
Oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
Bundan başqa, "Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə ödəyəcək.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi klubları cəzalandırdı
Premyer Liqanın 3 klubu futbolçularına görə cərimələndi - 800 manat
AFFA iki futbolçunu cəzalandırdı - 200 manat
I Divizionda cəzalar açıqlandı
Koçuk və Emreli cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası