Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA yeni formatı təsdiqlədi -RƏSMİ
UEFA İcraiyyə Komitəsi yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi səbəbindən Gənclər Liqasında 2020/2021 mövsümünün təqviminin yeni formatını təsdiqləyib.
Sportfm.az xəbər verir ki, turnir martın 2-də 1/32 final mərhələsinin görüşləri ilə start götürəcək və raundun qalibləri 1 oyunla müəyyənləşəcəklər.
Sonda yarımfinala qalan komandaların iştirakı ilə "dördlər finalı" (2021-ci il 17 - 20 may) olacaq. İlk püşkatma mərasimi yanvarın 27-də gerçəkləşəcək.
Yarışda əvvəlkitək 64 klub iştirak edəcək. Bunların 32-si əsas komandaları ÇL-ə vəsiqə qazanmış kollektivlər olacaq. Onlar Çempionlar Liqası Yolunda mübarizə aparacaqlar. Digər 32 iştirakçı isə ölkələrində çempion olan gənclər komandası olacaq ki, bunlar da Çempionlar Yolunda yarışacaqlar.
Qeyd edək ki, Gənclər Liqasında Azərbaycanı "Qəbələ"nin U-19 komandası təmsil edəcək. Azərbaycan çempionu mübarizəyə 1/32 finaldan başlayacaq.
Oxşar xəbərlər
Yeni mövsümün reqlamenti açıqlandı - Çempionlar Liqası
Gənclər Liqasının formatı dəyişdi - Qalib 1 oyunla müəyyənləşəcək
Çempionlar Liqasında yeni mövsümün təqvimi təsdiqləndi
"Qəbələ"nin potensial rəqibləri də müəyyənləşdi
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026















Misli Premyer Liqası