• 01:08 Bazar ertəsi
    18 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Çempionatı dayandırsaq, fəsadları çox pis olacaq" - Elmar Baxşıyev

Premyer Liqamızda cari mövsümdə ilk dəfə olaraq tur tam təxirə salındı. Bu, yeganə matç kimi keçirilməsi nəzərə tutulan XIII turun "Qarabağ" - "Qəbələ" matçının da baş tutmayacağı haqda PFL-nin qərarından sonra bilindi. Belə ki, meydan sahiblərində 7 futbolçuda COVİD-19 aşkarlandığından belə vəziyyət yarandı. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev müsahibəsində nəinki bu qərar, çempionatın gələcək perspektiviylə bağlı baxışını, təmsil etdiyi klubun mövqeyini açıqladı.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Təxirəsalınma qərarını necə şərh edərdiniz? Planlarınıza necə təsir elədi?

- Komanda olaraq oyuna hazır idik. Bu gün oyunöncəsi son məşqimizi də elədik. Biz tərəfdən heç bir maneə yox idi. Çempionata məsul qurumlar var. Keçən turda özünüz də gördünüz ki, bəzi futbolçularımız bu virusa görə oyunu buraxırdılar.

- İndi əsas müzakirə obyekti bu il üçün qalan 3 turun keçirilb-keçirilməməsi ilə bağlıdır. Sizdə hələ də kubok matçı var. Hazırkı vəziyyətdə çempionatın davamının, yoxsa dayandırılmasının tərəfdarısınız?

- Klub olaraq çempionatın davam etdirilməsini istəyirik. Bunun ona görə tərəfdarıyıq ki, dayanmanın acısını bir dəfə çəkdik. Klublar olaraq futbolsuz qalmaq çox çətindir - həm oyunçulara, həm biz məşqçilərə. Təkrar o duruma düşmək istəməzdik. Əlbəttə, ən yaxşı variant çempionatı sonadək tamamlamaqdı. Klub olaraq biz də dayandıra bilərdik. "Sumqayıt"la həmin matçda 7-dən də çox - 8 futbolçumuz var idi ki, virusa görə komandadan kənarda qalmışdı. Ancaq klub olaraq qərar verdk ki, ertələmək yox, əlimizdə olan futbolçularla davam etmək lazımdı. Onda əlimizdə lap 12-13 futbolçu da olsaydı, çıxışımızın davamını istəyərdik.

- Bu fikirlərinizlə "Qarabağ"ı qınayırsınız?

- Yox-yox. Əsla "Qarabağ"ı qınamaq lazım deyil. Bizə belə danışmaq rahatdır. Çünki tək çempionatda oynayırıq, "Qarabağ" isə Avroliqada da çıxış edir. Onu da nəzərə almaq lazımdır.

- Ümumiyyətlə, əlavə COVİD-19 qaydalarına görə bir komandada bu virus minimum 7 futbolçuda aşkarlananda, matçı təxirə salınmalıdır. Bu sayı nə dərəcədə qənaətbəxş sayırsınız?

- Bunu nəyəsə əsaslanıb tətbiq edirər. Bu, elə bir şeydir ki, say bu gün 7 nəfərdirsə, sabah baxırsan, həmin say çox da ola bilər, az da. Üzləşdiyimiz reallıqla barışmaq lazımdır. Bu, işlərin bir mərhələsidir. Təslim olub hər şeyi dayandırsaq, bunun fəsadları çox pis olacaq. Xüsusən də futbolçular üçün - 4 ay futbolsuz qaldılar. İkinci dəfə belə bir halın təkrarlanması adamın ağlına belə gəlmir.

- Çempionatın dayandırılmasının tərəfdarları bunu sağlamlığın hər şeydən üstün olmasıyla əsaslandırırlar. Onlara kontur arqument olaraq nə qoyardınız?

- Əlbəttə, arqument budur ki, sağlamlıq olsun. Futbolçu sağlam olmalıdır ki, futbolunu oynasın. Ancaq oturub sırf o sağlamlığı da düşünsək, onda futbol məhv olub gedəcək. Buna görə əlində olan "material"dan maksimum istifadə eləmək lazımdı. Mən belə düşünürəm.

- Sizdə qısa müddətdə sağalma oldu, yalnız Ceyms Adeniyidə bu problem qalıb. Buna necə nail oldunuz? Ayaq üstə dayanmamağın necə mümkün olmasıyla bağlı tövsiyələrinizi çatdırardınız...

- Həkimlərin nəzarətində iş getdi, buna həmin virusa yoluxan futbolçular tam izolyasiya olunmaqla nail olduq. Xəstəliyi ağır keçirmədilər, vəziyyətləri bir həftəyə qaydasına düşdü.

- Adeniyidə vəziyyət necədir?

- Simptomları var, ancaq özünü yaxşı hiss edir.

- Bundan sonra məşq baxımından planlarınızı necə qurmaq fikrindəsiniz? Şənbə-bazar komandanı buraxaraq istirahət, bəs sonra..?

- Əlbəttə, bizə bir plan verməlidir ki, buna uyğun işimizi quraq. Müvafiq qurumlar bunu etməsə, məşqlərin də mənası yoxdur. Bir qərar verilməlidir ki, biz də uyğun hazırlaşaq.

- Bilməlisiniz ki, "Qarabağ"la təxirə salınmış görüşə hazırlaşacaqsınız, yoxsa növbəti turun "Səbail"lə matçına...

- Hər şey veriləcək qərardan asılı olacaq. Bu olmayanda, planları qurmaq da mənasızdır (sport24.az).  

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

5-12-2020
69
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
9-12-2020
“Əsasnaməni dəyişməklə çempionatı davam etdirməliyik” -
“Əsasnaməni dəyişməklə çempionatı davam etdirməliyik” - Vaqif Sadıqov
5-12-2020
"Çempionatı dayandırsaq, fəsadları çox pis olacaq" - Elmar Baxşıyev
30-11-2020
"Futbol haqda danışılası bir şey yoxdur" - Ayxan Abbasov
21-11-2020
"Taktiki düz oynayırdıq" - Ayxan Abbasov
5-07-2020
“Azərbaycana qayıtmadığım yaxşıdır” –
“Azərbaycana qayıtmadığım yaxşıdır” – Nicat Qurbanov
5-07-2020
"Qarabağ"dan da nəsə gözləmirəm" - Aqil Abbas
8-05-2020
"Oyunçuların fiziki göstəriciləri çox aşağı düşüb" - Ayxan Abbasov
6-05-2020
Məşqçilərimiz ümidsizdir -
Məşqçilərimiz ümidsizdir - Çempionat davam etməyəcək
2-04-2020
"Çempionatın bərpa olunmasına inamım azalır" - Aftandil Hacıyev
30-03-2020
Klublarımız futbolçuların maaşını necə ödəyəcək?
Klublarımız futbolçuların maaşını necə ödəyəcək?
21-08-2018
"Gəncə futbolun beşiyidir" - Baş məşqçi
3-08-2018
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” -
“Süni meydançaya görə Azərbaycana gəlmədilər” - Aftandil Hacıyev
5-04-2018
"Azərbaycandakı iki güclü komandadan biri "Qəbələ"dir" - Anar Nəzirov
9-12-2017
“Napoli” Ramil Şeydayevi istəyir ?
“Napoli” Ramil Şeydayevi istəyir ?
7-12-2017
“Peşəkar məşqçi belə söz deməməlidir” -
“Peşəkar məşqçi belə söz deməməlidir” - Samir Əliyev
  Xəbər Lenti
Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı - 1 qızıl, 4 gümüş və 3 bürünc 17.01.2021, 21:28
Mesut Özil "Arsenal"la vidalaşdı - "Fənərbaxça"ya keçir 17.01.2021, 20:53
Bundesliqada tarixi rekord - 21 qol 17.01.2021, 19:50
"Yeni transfer yaxın günlərdə Bakıya gələcək" - “Zirə” rəsmisi 17.01.2021, 18:52
Zidandan ən pis göstərici 17.01.2021, 18:07
Rusiya millisinin sabiq oyunçusu dünyasını dəyişdi - 40 yaşında 17.01.2021, 17:33
Fernando Torres baş məşqçi oldu - 37 yaşında 17.01.2021, 16:30
“Kəpəz” Tovuzdan qələbə ilə döndü - Yoxlama görüşü 17.01.2021, 15:47
“Sampdoriya” və “Bolonya”dan qələbə - A Seriyası 17.01.2021, 14:45
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
1-01-2021
"Firdovsi Umudovun əziyyətini itirə bilmərik" - Hacı Əliyev
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb