"Növbəti mərhələ üçün mübarizə aparacağıq" -Yorqos Donis
"Düşünürəm ki, oyunu ümumilikdə yaxşı keçirdik. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq".
Sportfm.az xəbər verir ki, bunları İsrailin “Makkabi” (Tel-Əviv) komandasının baş məşqçisi Yorqos Donis UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Yunanıstanlı mütəxəssis bildirib ki, Türkiyə "Sivasspor"u ilə İspaniya "Vilyarreal"ı arasındakı matçın nəticəsini son dəqiqələrdə öyrəniblər: "Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, nəticə məni qane etmədi".
O, son turda "Sivasspor"la oynayacaqları həlledici qarşılaşmaya da toxunub: "Evdə oynayacağımız üçün komandada özünəinam var. Heyətimizdə güclü oyunçular çıxış edir. Növbəti mərhələyə adlamaq üçün yaxşı fürsətimiz var".
Oxşar xəbərlər
"Yaxşı komandaya qarşı oynadıq" - "Qarabağ"ın məşqçisi
"13-14 futbolçumuz var" - Elçin Rəhmanov
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Qarabağ" Ağdamda oynasaydı, nəticələr fərqli olardı" - Ansi Aqolli
"Oyunçular meydanda yaxşı iş gördülər" - "Makkabi"nin məşqçisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası