reklam
Sportfm.az xəbər saytı

"Oyunçular meydanda yaxşı iş gördülər" -"Makkabi"nin məşqçisi


"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik".

Sportfm.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" komandasının məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, komanda ən yaxşı oyununu göstərməyib: "Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

Qeyd edək ki, "Makkabi"nin baş məşqçisi Yorqos Donis cəzalı olduğu üçün texniki zonada əyləşə və mətbuat konfransına qatıla bilməyib.

Oxşar xəbərlər

"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Növbəti mərhələ üçün mübarizə aparacağıq" - Yorqos Donis
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Makkabi" və "Qarabağ"ı məğlub edib, üstünlük qazanacağıq" - Rıza Çalımbay
"Makkabi"nin baş məşqçisi texniki zonada olmayacaq - "Qarabağ"la görüşdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər