reklam
Teymur Rəcəbov pley-offa vəsiqə qazandı -
Sportfm.az xəbər saytı

Teymur Rəcəbov pley-offa vəsiqə qazandı -"Skilling Open"


Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib.

33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa vuran Rəcəbov müvafiq olaraq, XII turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura, XIII turda ağ fiqurlarla çinli Le Kuanq Lyom, XIV turda qara fiqurlarla hindistanlı Vidit Santoş Gujrathi, XV turda isə ağ fiqurlarla ABŞ-dan olan həmkarı Uesli So ilə sülh bağlayıb.

Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk "8-lik"də yer alan şahmatçı 1/4 final mərhələsinə adlayıb. 

Oxşar xəbərlər

Rəcəbov liderlə bərabərə qaldı
Rəcəbov rusiyalı şahmatçı ilə bərabərə qaldı
Rəcəbov Nakamuraya məğlub oldu - İddiaçılar Turniri
Azərbaycanlı ermənini mat etdi - Çempionlar Turu
Məmmədyarov Rəcəbovla üz-üzə - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər