"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" -Maksim Medvedev
"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadır və baxımlı oyun sərgiləyirlər".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı futbolçu bildirib ki, hazırda ölkədə və "Qarabağ" klubunda vəziyyət elə də yaxşı deyil: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
Oxşar xəbərlər
"Qarabağ"ı məğlub etməyə çalışacağıq" - "Makkabi"nin baş məşqçisi
"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" - Pako Alkaser
"Biz heç vaxt özümüzü tək hiss etmədik" - Qurban Qurbanov
"İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - İspaniyalı futbolçu
"Türkiyədə oynayacağımız üçün sevincliyik" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı - Premyer Liqa
-
"Qarabağ" - "Neftçi" matçında bərabərlik, "Sabah"dan qələbə - Premyer Liqa
-
“Qarabağ” və “Neftçi”mükafatlandırdı - 1000-ci oyun
-
Azərbaycan 2-ci liqasında 8-ci tur başladı
-
"İmişli" minimal hesabla qalib gəldi - Premyer Liqa
-
“Sabah” – “Borussiya” matçını ispaniyalı hakimlər idarə edəcək















Misli Premyer Liqası