reklam
Sportfm.az xəbər saytı

"Böyük qürurla Ağdamda oynayacağıq" -Qurban Qurbanov


Bu gün 27 il sonra "Qarabağ"ımızın təmsil etdiyi Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanov bu haqda öz fikirlərini bölüşüb:

"Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam  şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik. 

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".

Oxşar xəbərlər

“Qarabağ”ın stadionunda onun abidəsi qoyulacaq - FOTO
"Qarabağ" Ağdama yollandı - "İmarət"i ziyarət edəcək
“Ordumuz xəyallarımızı gerçəkləşdirdi” - “Qarabağ”ın baş məşqçisi
"Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm" - Rəşad Sadıqov
“Bundan sonra bu zəfər barədə danışacam” – Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər