reklam
“Bundan sonra bu zəfər barədə danışacam” –
Sportfm.az xəbər saytı

“Bundan sonra bu zəfər barədə danışacam” –Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı açıqlama verib.

Sportfm.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis, qələbəylə bağlı hisslərini ifadə edib:

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacam.

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.

Oxşar xəbərlər

Beş futbolçu - beş şəhid - Onları tanıyaq
"Böyük qürurla Ağdamda oynayacağıq" - Qurban Qurbanov
"Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm" - Rəşad Sadıqov
"Ordumuz uğurla irəliləyir" - Qurban Qurbanov
"Əmim həmin döyüşlərdə şəhid olub, atam isə yaralanıb" - Vüsal İsgəndərli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər