reklam
Güləş millimizin məşqçisi dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Güləş millimizin məşqçisi dünyasını dəyişdi -46 yaşında


Azərbaycan güləş ictimaiyyəti itki ilə üzləşib.

Sportfm.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi, xüsusən, qadın güləşinin inkişafında pay sahibi olan İ.Hüseynov uzun illər qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərib.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Gənclər və İdman Nazirliyinin vəzifəli şəxsi vəfat etdi
Xəzər İsayevə ağır itki! - Anası dünyasını dəyişdi
Millimizin məşqçisi Türkiyədə dünyasını dəyişdi - 53 yaşında
“Sumqayıt”ın vitse-prezidenti dünyasını dəyişdi
Azərbaycanın əməkdar məşqçisi dünyasını dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər