"Oyun hər iki komanda üçün çətin keçəcək" -Faruk Hacibegiç
"Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq".
Sportfm.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının V tur oyunundan əvvəl mətbuat konfransında deyib. 63 yaşlı mütəxəssis bildirib ki, məqsədləri qrup lideri olmaqdır.
"Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etditəcəyi futbolun keyfiyyətidir” deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Oxşar xəbərlər
"Hər iki komanda yaxşı oyun göstərdi" - Faruk Hacibegiç
Millimizin rəqibində koronavirus şoku
"Nəticələr haqlı olduğumu sübut etdi" - Faruk Hacibegiç
"Sanki dünya çempionu ilə oynayacağıq" - Faruk Hacibegiç
De Byazinin mətbuat konfransının vaxtı - Monteneqro – Azərbaycan
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası