“Bu gün qələbə bizə lazım idi" -Yunis Hüseynov
“Əsgərlərimizə uğurlar arzulayıram, onların yanındayıq. Biz özümüz də əsgərik”.
Sportfm.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın IX turunda evdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, vacib qələbə qazanıblar: “Bu gün qələbə bizə lazım idi. Ötən tur ağır məğlubiyyət aldıq, futbolçuları toparlamaq çətin idi. Birinci hissədə öz oyunumuzdan aşağı səviyyədə çıxış etdik. Amma ikinci yarıda özümüzə gəldik və qələbə qazandıq. Qarşıda 15 günümüz var. Bu müddətdə zəif mövqelər üzərində işləyəcəyik”.
Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Qarabağ”a 1:6 hesablı məğlubiyyətdən sonra heyətdə müəyyən dəyişikliklər etmişdiniz. Ancaq həmin görüşü heç də pis keçirməyən Pərviz Azadovu da ehtiyatda saxlamışdınız. Bunun səbəbi nə idi?
- Komandanın beyni orta xətdir. Pərviz ötən matçda da yaxşı oynadı. Ancaq gəncdir, o qədər də təcrübəsi yoxdur. Bu gün əsasən təcrübəli yarımmüdafiəçilərə üstünlük vermişdim. “Qəbələ”nin oyununu təhlil etdikdən sonra bu qərara gəldim.
- Vurulan qollardan sonra legionerlərinizin hədsiz sevinci var idi. Yaxşı olmazdımı ki, bunu sakit qeyd edərdilər?
- Bəli. Legionerlərimiz də hazırkı dövrdə bizə dəstək olurlar. Onlar da başa düşürlər ki, müharibə şəraitidir, belə olmamalıdır. Bu barədə hər dəfə maarifləndirmə işləri aparırıq. Ordumuzun durumu ilə bağlı onları mütəmadi məlumatlandırırıq.
Oxşar xəbərlər
"Keşlə"də hər artıq çəkiyə görə cərimələr var" - Yunis Hüseynov
Yunis Hüseynov: "Top qapıya girmirdi"
Qurban Qurbanov: "Rəqiblərin nəticələrini də düşünürük"
"Yaxşı komandaya qarşı oynadıq" - Unay Emeri
Samir Əliyev: Həmin oyunda heç-heçə olmasını istəyirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası