reklam
Sportfm.az xəbər saytı

"Yaxşı komandaya qarşı oynadıq" -Unay Emeri


Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları start götürüb.  

Sportfm.az xəbər verir ki, Qarabağ” üzərində 3-0 hesabı ilə qələbə qazandıqları matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Unay Emeri jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis öncə görüş haqqında qısa fikrilərini bildirib. 

- Çətin qarşılaşma oldu. Bizim üçün hər oyun önəmlidir. Yaxşı komandaya qarşı oynadıq. “Qarabağ” bizə çox çətinliklər yaratdı, xüsusən də ilk hissədə. Kifayət qədər əziyyət çəkdik. Rəqibin yaxşı futbolçuları var. Komandanın mübarizəsini bəyəndim. Çətinliklərlə üz-üzə qalmağımıza baxmayaraq, öz gücümüzü ortaya qoyduq və lazım olan nəticəni qazandıq. 

- Emil Smit-Rou əlinə düşən bəzi imkanlardan yararlana bilmədi. Oyundan sonra ona nə dediniz?

- Hər oyunçu hiss etməlidir ki, onlara şans verilir. Xüsusən də, akademiyanın yetirmələri. Emil həftə içi yaxşı məşq etmişdi, ona görə də meydanda idi. Ona dedim ki, daha yaxşı oynasaydı, qollar vura bilərdi.

- “Qarabağ” sizi nə ilə təəccübləndirə bildi?

- “Qarabağ”ın fərqli oyunlarını izləmişdik. Rəqib “Sportinq”ə qarşı yaxşı oynamışdı. Həmçinin, “Atletiko” Bakıdan qələbə ilə ayrıla bilməmişdi. Çalışdıq ki, “Qarabağ”a şans verməyək və rahat qələbə qazanaq.

 

 

Oxşar xəbərlər

"Bazel"in baş məşqçisi:"Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək"
"Yaxşı komandaya qarşı oynadıq" - "Qarabağ"ın məşqçisi
Roberto Bordin: Rəqibə ortada oyun qurmağa icazə verdik
"Rəqib futbolçuların ustalığı bizi üstələdi" - Qurban Qurbanov
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər