SPORTFM.AZ
reklam
Yunis Hüseynov:
Sportfm.az xəbər saytı

Yunis Hüseynov:"Top qapıya girmirdi"


“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Sportfm.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:“Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. Sadəcə, top qapıya girmirdi. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. İlk hissədə onların qol imkanları bizdən çox oldu. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var.

Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar  gedir. Alınsa, bir həftəyə gələcək. Qol vurmaqda çətinlik çəkdiyimiz kimi, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Sadəcə, qol vurmamışıqsa, bu, pisdir”.

Oxşar xəbərlər

Qurban Qurbanov Qətərdə onları izləyəcək - AÇIQLAMA
"Qol vurmaqda çətinlik çəkirik" - Yunis Hüseynov
“Bu gün qələbə bizə lazım idi" - Yunis Hüseynov
“Qapıya gedən hər zərbə qol olur” - Zaur Həşimov
"Heç bir şey alınmadı" - Rəşad Sadıqov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər