reklam
Millimizin oyunçusu ABŞ klubunda qalacaq
Sportfm.az xəbər saytı

Millimizin oyunçusu ABŞ klubunda qalacaq


"Ötən mövsüm heyətlə bağlı bəzi problemlər oldu. Komandada 10 futbolçu koronavirusa yoluxdu. Təbii ki, bu, arzuolunmaz hal idi".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov "Bild" nəşinə açıqlamasında Milli Futbol Liqasında (USL) 2019/2020 mövsümünü dəyərləndirərkən deyib.

29 yaşlı hücumçu bildirib ki, çətinliklərə baxmayaraq, komandası sonda liqanın qalibi olmağı bacarıb: "Finiks Rayzinq"də əla mövsüm keçirdim. Müqaviləmin müddəti başa çatdı. Səbirsizliklə sözləşmə müddətinin uzadılacağını gözləyirəm".

Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Oxşar xəbərlər

Dadaşov qol vurdu, komandası qələbəyə sevindi - 5:0
Millimizin oyunçusu rəmzi komandada - FOTO
Dadaşov oynadı, komandası yarımfinala yüksəldi - ABŞ-da
Millimizin futbolçusundan növbəti qol - ABŞ Liqası
Rüfət Dadaşovun komandası növbəti qələbəsini qazandı - ABŞ-da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər