reklam
Millimizin futbolçusundan növbəti qol -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusundan növbəti qol -ABŞ Liqası


Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks "Rayzinq" klubunun heyətində ABŞ Milli Liqasında (USL) 7-ci qolunu vurub. 

Sportfm.az xəbər verir ki, 29 yaşlı hücumçu bu dəfə "Reno" ilə səfər matçında fərqlənib. Meydana 64-cü dəqiqədə daxil olan Dadaşov 77-ci dəqiqədə komandasının yeganə qolunu vurub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Məğlubiyyətə rəğmən, "Finiks Rayzinq" 10 oyundan 20 xalla B qrupunda liderliyini davam etdirir. 

Qeyd edək ki, Renat Dadaşov Azərbaycan yığmasının sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb. 

Oxşar xəbərlər

Millimizin futbolçusundan növbəti qol - ABŞ Liqası
Millimizin hücumçusu növbəti qolunu vurdu - VİDEO
Rüfət Dadaşovun komandası növbəti qələbəsini qazandı - ABŞ-da
Dadaşovdan növbəti qol
Rüfət Dadaşovdan növbəti qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər