Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan cüdoçuları "Qızıl Liqa" yarışının medallarını qazandılar
Azərbaycan cüdoçuları ilin sonunda da beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
Sportfm.az xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa "Qızıl Liqa" yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın «Sagaredjo FF Superstars» klubunun heyətində «Qızıl liqa»nın qalibi olub. Rusiyanın Qroznı şəhərində keçirilən yarışda qonşularımız öncə «Sportinq»i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2.
Millimizin olimpiya mükafatçısı Rüstəm Orücov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın «Sportinq» klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda portəgizlər «Edelveys» (Qroznı) və «Nalçik» (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib. Yarışların bağlanış mərasimində Nicat Şıxəlizadəyə Avropa "Qızıl Liqa"sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Azərbaycan cüdoçularından ilk gündə 10 medal - Göygoldəki Avropa Kuboku
Cüdoçularımız Türkiyədə 12 medal qazandılar
4 qızıl, 3 gümüş və 5 bürünc - yığmamız birinci oldu
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli komandalarda yeni baş məşqçilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti seçildi - Üçüncü dəfə
-
Yığmamızın Şotlandiya ilə matçının hakimləri bilindi
-
Millətlər Liqasında keçirilən görüşlərin nəticələri
-
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası














Misli Premyer Liqası