Azərbaycanın beynəlxalq dərəcəli hakimi dünyasını dəyişdi
Azərbaycanın ağırlıqqaldırma idman növü üzrə beynəlxalq dərəcəli hakimi Qadir Babayev vəfat edib.
Sportfm.az Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi saytına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis bu gün gözlənilmədən dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Qadir Babayev SSRİ idman ustası, ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. İdman sahəsində göstərdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və “Əməkdar məşqçi” adları verilib.
AAAF Hakimlər Kollegiyasının üzvü olmuş Babayev Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif olunub.
Oxşar xəbərlər
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü”
2020-ci ildə fəxri ad alanların sayı məlum oldu - İdman sahəsində
Azərbaycan idman ictimaiyyətinə ağır itki
13 qat Azərbaycan çempionu dünyasını dəyişdi
Anar Salmanova fəxri ad verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
Daha bir boksçumuz Avropa çempionudur
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı
-
“Kür” növbəti mərhələyə vəsiqə qazandı - EHF Avropa Kuboku















Misli Premyer Liqası