reklam
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdıldı -
Sportfm.az xəbər saytı

Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdıldı -FOTO


Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağıdılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Oxşar xəbərlər

Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı - FOTO
Bərdəyə raket atılması nəticəsində 21 nəfər həlak oldu
"Ermənilərin dinc əhalini öldürməsi bizə qarşı genosiddir" - Mahmud Qurbanov
Düşmən Gəncəni atəşə tutdu
AFFA FİFA və UEFA-ya müraciət etdi - Ölən futbolçu ilə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər