Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı -FOTO
Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.
Sportfm.az xəbər verir ki, dünya çempionu bununla bağlı şəxsi İnstaqram səhifəsində paylaşım edib.
O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Eyni zamanda sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.
Qeyd edək ki, R.Quliyev bundan əvvəl ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı "Pray for Ganja city" ("Gəncə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşmışdı.

Oxşar xəbərlər
"Gəncə güclüdür" - Aqolli
Gerye Gəncədə valideynlərini itirən uşaqla bağlı paylaşım etdi - FOTO
Sabiq "Qarabağ"lı Gəncə paylaşımı etdi - FOTO
Ramil Quliyev Gəncədə törədilən terrora reaksiya verdi - FOTO
Şehiç Gəncədə törədilən terror aktına biganə qalmadı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası