"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" -Pako Alkaser
İspaniyanın "Vilyarreal" klubunun futbolçuları UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı paylaşım ediblər.
Sportfm.az xəbər verir ki, hücumçu Pako Alkaser və yarımmüdafiəçi Visente İborra "Twitter"də matç barədə fikirlərini bölüşüb.
Alkaser evdən çox uzaqda matça çıxacaqlarını xatırladıb: "Eyni istəklə oynayacağıq və növbəti 3 xal üçün mübarizə aparacağıq".
İborra isə qrup mərhələsinin ikinci qarşılaşmasında komanda olaraq hədəfə doğru bir addım daha irəliləmək istədiklərini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı bu gün Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
Oxşar xəbərlər
"Qarabağ" yenə Türkiyədə oynayacaq - Avropa Liqası
"Biz heç vaxt özümüzü tək hiss etmədik" - Qurban Qurbanov
"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev
"İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - İspaniyalı futbolçu
"Türkiyədə oynayacağımız üçün sevincliyik" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası