"Türkiyədə oynayacağımız üçün sevincliyik" -Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.
Sportfm.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:
"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik" – deyə Qurbanov qeyd edib.
Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.
Oxşar xəbərlər
"Qarabağ"la oyuna 3 xal üçün çıxacağıq" - Pako Alkaser
"Biz heç vaxt özümüzü tək hiss etmədik" - Qurban Qurbanov
"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev
"İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - İspaniyalı futbolçu
"Bu oyunu israrla Türkiyədə keçirmək istədik" - Emrah Çelikel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası