reklam
Sportfm.az xəbər saytı

"Avropanı qorxuya salmaq lazımdır" -"Qalatasaray"ın sabiq oyunçusu


"Yavaş-yavaş yığma səviyyəsində lazım olan yerə qayıtmalıyıq. Final mərhələlərində oynamaq və Avropanı qorxuya salmaq lazımdır. Çünki indi heç kim bizə əhəmiyyət vermir".

Sportfm.az xəbər verir ki, bu fikirləri Rumıniyanın "Universitatya" (Kluj) komandasının 36 yaşlı futbolçusu Qabriel Tamaş "Fanatik" nəşrinə müsahibəsində deyib.

Müdafiəçi deyib ki, milli komandanın inkişafı üçün futbolçular yaxşı çempionatlarda çıxış etməlidir: "Yığmanın köməyi ilə bütün Rumıniya futbolu böyüyəcək və futbolçular əvvəlkitək ad-sanlı klublara keçəcəklər. İndiki kimi Türkiyə, Azərbaycan və ərəb ölkələrinin çempionatlarında oynamayacaqlar".

Qeyd edək ki, rumıniyalı futbolçu daha əvvəl Türkiyədə "Qalatasaray", Rusiyada "Spartak" (Moskva) və İspaniyada "Selta" klublarının da formasını geyinib.

Oxşar xəbərlər

Ayaz Quliyev Azərbaycan millisində
"Futbolu futbol üçün oynamaq lazımdır" - Tərlan Quliyev
"Kamran Ağayev yavaş-yavaş meyxanadan uzaqlaşır" - Qurban Qurbanov
Georgi Popxadze: "Azərbaycandakı şəraitin yarısı Gürcüstanda olsaydı..."
Ayxan Abbasov:"Səhvləri yavaş-yavaş azaldırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər