"Neftçi"nin uğurlarında pay sahibi olmaq istəyirəm" -Albaniyalı futbolçu
"Belə bir komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi "YouToube" kanalına açıqlamasında deyib.
"Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə olduğunu bildirib: "Albaniyanın "Neftçi"dəki ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam".
29 yaşlı oyunçu flaqmana əlindən gələnin ən yaxşısını etmək üçün keçdiyini deyib: "Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, "Neftçi" mümkün qədər çox qələbə və çempionluq qazansın".
Qeyd edək ki, Bruno Teluşi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Oxşar xəbərlər
"Neftçi" Teluşi ilə yolları ayırdı - RƏSMİ
"Neftçi" legioneri ilə yollarını ayırdı - "Zirə" istəyir
"Azərbaycan futbolunda şərtlər daha yaxşıdır" - Bruno Teluşi
"Neftçi" yeni transferinə 100 000 ödəyəcək - 17 nömrəli forma geyinəcək
"Neftçi"də alban futbolçu - Transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İdmançılarımız Avrasiya Liqasında liderliyə yüksəldi
-
"Şamaxı" daha bir futbolçusunu göndərdi - FOTO
-
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
-
Əlcəzair Mundiala bu futbolçularla gedir - SİYAHI
-
Yığmamızın üzvü 2-ci dəfə Albaniya çempionu oldu - FOTO
-
"Turan"ın futbolçusu Braziliyaya qarşı oynadı - Yoxlama oyunu















Misli Premyer Liqası