reklam
Millimizin futbolçusu koronavirusa qalib gəldi -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu koronavirusa qalib gəldi -"Komanda ilə məşqlərə başlayacağam"


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev növbəti dəfə koronavirus testindən keçib.

Sportfm.az xəbər verir ki, bu barədə "Report"a Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən oyunçunun özü məlumat verib.

21 yaşlı futbolçu analizin nəticəsinin mənfi çıxdığını söyləyib: "Sevindiricidir ki, hər şey yaxşıdır. Nəticələr az öncə bilindi. Test mənfi çıxdı. Bu gün karantin müddəti başa çatacaq və sabahdan komanda ilə birlikdə məşqlərə başlayacağam".

Qeyd edək ki, oktyabrın əvvəlində koronavirusa yoluxmuş Fərid Nəbiyev bu səbəbdəb U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya (1:2) və Gürcüstanla (0:1) keçirdiyi oyunları buraxmalı olub.

Oxşar xəbərlər

Nəbiyev Çexiya klubundan getdi - Ayrılıq
Fərid Nəbiyev dubla imza atdı - Çexiyada
"Necə yoluxduğumu özüm də bilmirəm" - Fərid Nəbiyev
Nəbiyev Çexiyada növbəti qolunu vurdu
Fərid Nəbiyev “Slaviya”dan getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər