"Necə yoluxduğumu özüm də bilmirəm" -Fərid Nəbiyev
"Hazırda özümü yaxşı hiss edirəm. Sağlamlığım tam yerindədir. Sadəcə testimin nəticəsi müsbət çıxdı və mənə evdə karantində qalmalı olduğumu dedilər".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Çexiyanın “Viktoriya Jijkov” klubunun düşərgəsində COVID-19 testi müsbət nəticə verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev deyib.
Gənc yarımmüdafiəçi 1 həftə karantində qalacağını, daha sonra yenidən test verəcəyini vurğulayıb: "Hazırda idman edirəm. Qızdırma və öskürəyim yoxdur. Necə yoluxduğumu heç özüm də bilmirəm. Özümü tam yaxşı hiss edirəm. Sadəcə evdə karantində olmalıyam, heç mənə müalicə də yazmayıblar. Ehtiyac belə yoxdur. Yalnız bunu deyiblər ki, testinin nəticəsi müsbətdir və evdə təcrid olmalısan".
Yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsində yığmaya kömək edə bilməyəcəyi üçün məyus olduğunu söyləyib: "Mən də yığmanın düşərgəsində olmaq istəyirdim. İştirak edə bilməmək məndə çox məyusluq yaratdı".
Qeyd edək ki, U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq. (Report)
Oxşar xəbərlər
"Övladlarımın yanına gedə bilmirəm" - Şahin Diniyev
Millimizin üzvi koronavirusa yoluxdu
Millimizin futbolçusu koronavirusa qalib gəldi - "Komanda ilə məşqlərə başlayacağam"
Azərbaycanlı məşqçi: "Heç özüm də bilmirəm virusa necə yoluxdum"
"15-20 gün daha karantində qalacağam" - Rüştü Rəçbər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası