reklam
Sportfm.az xəbər saytı

"Mənim komandam fantastik oynadı" -Yohan Valem


“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı".

Sportfm.az xəbər verir ki, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem Albaniyanın Elbasan şəhər stadionunda Azərbaycanla 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

Belçikalı mütəxəssis komandasının bacardığının daha artığını etmək istədiyini vurğulayıb: "Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir".

Qeyd edək ki, bu heç-heçə sayəsində Kipr qrupda ilk xalını qazanıb.

Oxşar xəbərlər

"Bu nəticə bizi qane edir" - "Makkabi"nin baş məşqçisi
"Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var" - Yohan Valem
"Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik" - Kiprin baş məşqçisi
Kiprin baş məşqçisi:"Rəqibin gücünü görəcəyik”
"Azərbaycan qarşı fantastik oyun göstərdik" - Kosovolu futbolçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər