reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik" -Kiprin baş məşqçisi


"Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".

Sportfm.az xəbər verir ki, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib. 

48 yaşlı mütəxəssis oyunun komandası üçün vacib olduğunu bildirib: "Rəqibə hörmət edirik, amma biz qalib gəlmək istəyirik".

Belçikalı baş məşqçi Monteneqro kimi güclü rəqiblə qarşılaşmada bir neçə epizod yaratdıqlarını sözlərinə əlavə edib: "Biz yarımmüdafiədə yaxşı təsir bağışladıq. Matçın ardından futbolçuların üzlərində gördüyüm məyusluq mənə çox şey deyir. Deməli onlar qələbəni həddindən artıq istəyirdilər. Növbəti oyunumuzda ən yaxşşı "11-liy"imizi meydana buraxacağıq. Kim hazırdırsa, o da oynayacaq". 

Valehim sözlərinə görə, bir saat ərzində heç nə dəyişə bilməz, buna zaman və səbr lazımdır: "Millətlər Liqasının bizim üçün hansı anlamı daşıdığını bilməkdən ötrü realist olmalıyıq. Bu yarıış vasitəsi ilə inkişaf etmək istəyirik".  

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Oxşar xəbərlər

"Mənim komandam fantastik oynadı" - Yohan Valem
"Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var" - Yohan Valem
"Dəyişikliklərə hazırlıqlı olmalıyıq" - Canni De Byazi
"Sanki dünya çempionu ilə oynayacağıq" - Faruk Hacibegiç
"Essyen burdadırsa..." - David Luiz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər