reklam
Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur
Sportfm.az xəbər saytı

Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur


Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərdən 3-ü veteran futbolçudur.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Ceyhun Tanrıverdiyev məlumat verib.

Onun sözlərinə görə, Emin Mustafayev və Sahil Abdullayev hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar: "Hər ikisinin evi pis vəziyyətə düşüb. Abdullayev ciddi xəsarət almasa da, Mustafayev uçqunun altında qalmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu dağıntıların altından çıxardılar. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır".

Tanrıverdiyev erməni təxribatı nəticəsində zərərçəkmiş digər veteran oyunçunun isə Samir Allahverdiyev olduğunu bildirib: "Allahverdiyevin özünə heç nə olmayıb. Amma ailə üzvləri yaralanıblar".

Qeyd edək ki, hər 3 futbolçu vaxtilə "Kəpəz"in əsas heyətində oynayıb. Emin Mustafayev daha çox futzaldakı çıxışı ilə tanınıb. Sahil Abdullayev isə Gəncə klubu ilə yanaşı, "Şəmkir"in də formasını geyinib. (report)

Oxşar xəbərlər

Futbolçu dağıntılar altından sağ çıxdı
Gəncədə dağıntılar altından 52 yaralı və 13 meyit çıxarılıb
"Ermənilərin Gəncəyə raket atmaları vəhşilikdir" - Vidadi Rzayev
Gəncə şəhər stadionu da erməni terrorundan zərər gördü - FOTO
Olimpiya məşəli səssiz şəkildə Yaponiyaya gətirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər