Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız reytinq cədvəlinə başçılıq edir -Avropa Cüdo İttifaqı
Avropa Cüdo İttifaqı qitənin yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının iki üzvü öz çəki dərəcələrində ilk pillədə qərarlaşıb.
Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (+78 kq) rəqiblərini xeyli qabaqlayaraq 1-ci yeri tuturlar.
Xatırladaq ki, 2019-cu ildə Rüstəm Orucov 6 dəfə, İrina Kindzerska isə 8 dəfə mötəbər beynəlxalq yarışlarda medal qazanmağa müvəffəq olub. Daha üç cüdoçu Avropa reytinq cədvəlində ilk onluğa düşməyi bacarıb. Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 6-cı, Uşangi Kokauri (+100 kq) 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Cüdoçumuz reytinqdə yüksəldi
Rüstəm Orucov liderliyini qorudu
Cüdoçumuz dünya reytinq cədvəlində liderliyini qorudu
Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlandı
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası