reklam
Sportfm.az xəbər saytı

"Şimal" Birinci Liqada yerini qorudu -Pley-off


Bu gün növbəti mövsüm üçün Azərbaycan 1-ci liqasına vəsiqə uğrunda pley-off matçı keçirilib.

Sportfm.az xəbər verir ki, pley-off oyununda "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşıb.

Qeyd edək ki, 2025/26 mövsümündə "Şimal" 1-ci liqada 9-cu, "Qaradağ Lökbatan" isə 2-ci liqada 2-ci yeri tutub.

Şamaxı şəhər stadionunda keçirilən matçda "Şimal" 90+3-cü dəqiqədə vurduğu qolla qalib gələrək 1-ci liqadakı yerini qoruyub.

Oyunda VAR sistemi də tətbiq edilib.

27 may (çərşənbə)

"Şimal" - "Qaradağ Lökbatan" - 2:1

Qollar: R.Şahmuradov, 75 (0:1), R.Hümbətov, 85 (1:1), R.Abasov, 90+3 (2:1)

Oxşar xəbərlər

“Şimal” “Qaradağ Lökbatan”ı qəbul edəcək
I Liqayaa vəsiqə uğrunda pley-off oyunu Şamaxıda keçiriləcək
“Şimal” “Şəfa”ya uduzdu - I Liqa
“Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı - Birinci Liqa
"Şamaxı"nın matçı canlı yayımlanacaq, VAR olacaq - mühüm qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər