reklam
Bu gün Budapeştdə final günü -
Sportfm.az xəbər saytı

Bu gün Budapeştdə final günü -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, həlledici görüşdə PSJ "Arsenal"la üz-üzə gələcək.

Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək.

PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına (0:1) yenilən Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparacaq. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olmuşdu.

PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gələcəklər. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 görüş isə heç-heçə ilə nəticələnib.

UEFA Çempionlar Liqası

Final

30 may

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Oxşar xəbərlər

UEFA Superkubokunun qalibi müəyyən olacaq
Çempionlar Liqasının qalibi müəyyənləşəcək
"Real Madrid" "Arsenal"a, "İnter" "Bavariya"ya qarşı - Çempionlar Liqası
Çempionlar Liqasının finalı baş tutacaq
İspaniya yığmasının finaldakı rəqibi müəyyən olacaq - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər