reklam
UEFA-dan açıqlama -
Sportfm.az xəbər saytı

UEFA-dan açıqlama -Qrup mərhələsinin oyunları ilə bağlı


Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin oyunları gələn il yanvarın 28-dək başa çatdırılmalıdır.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klublar epidemioloji vəziyyətdən asılı olaraq neytral meydanda oyun keçirə bilər.

Qrup mərhələsində iştirak edən hər hansı komandada koronavirus aşkarlanacağı təqdirdə, heyətdə qapıçı da daxil olmaqla 13 oyunçu olarsa, matçın oynanılmasına icazə veriləcək. Tələb olunan say düzəlməsə, UEFA qarşılaşmanı təxirə sala bilər. Amma bunun üçün həmin görüş qrup mərhələsinin bitmə tarixindən əvvəl baş tutmalıdır.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları oktyabrın 20-da keçiriləcək.

Oxşar xəbərlər

Bu gün 3 komanda qrupa vəsiqə qazanacaq - Çempionlar Liqası
Qrup mərhələsinin son iştirakçıları məlum olacaq - Çempionlar Liqası
Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər - Qərar veriləcək
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər