reklam
Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər -
Sportfm.az xəbər saytı

Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər -Qərar veriləcək


Avropa Super Liqasının yaradılmasından sonra UEFA bu turnirdə iştirak edəcək klublara sanksiya tətbiq edə bilər.

Sportfm.az xəbər verir ki, futbol qurumu yarımfinal mərhələsi keçirilməli olan Çempionlar Liqası və Avropa Liqasının bu mövsümünü təxirə sala bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçılarından İngiltərənin "Çelsi", "Mançester Siti" və İspaniyanın "Real Madrid", Avropa Liqasında isə İngiltərənin "Arsenal" ilə "Mançester Yunayted" klubları Superliqada iştirakını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçiriləcək.

Oxşar xəbərlər

“Real” “Mançester Siti” ilə üz-üzə - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atıldı - Cütlüklər
Çempionlar Liqasının püşkü atılır - YENİLƏNİR
"Çelsi" "Real Madrid"ə qarşı - Çempionlar Liqası
"Real Madrid" "Çelsi"yə qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər