Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya çempionu millimizin baş məşqçisi oldu
Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib.
Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.
N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Dünya çempionatı
Yığmalarımızın heyəti açıqlandı - Lisenziya turniri üçün
Azərbaycan yığmasının baş məşqçisi dəyişdirildi
Namiq Əliyev heyəti açıqlayacaq
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinatlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası