“Keşlə” rekordunu təkrarladı:3-cü “3”
“Keşlə” Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü quru oyununu keçirib.
Sportfm.az xəbər verir ki, "Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun komandası “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.
Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı quru keçirən paytaxt təmsilçisinin seriyası 4-cü turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır.
Oxşar xəbərlər
600-cü oyun - Azərbaycan çempionatlarında
Uğursuzluğa son: 350-ci qələbə ilə
550-ci qol - Azərbaycan çempionatı
"Keşlə"nin 150-ci məğlubiyyəti
"Keşlə"dən yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası