"Zirə” “Sabah”la qarşılaşacaq -8-ci oyun
“Zirə” Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sabah”la qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq. İndiyədək “qartallar” 7 dəfə “Sabah”la üz-üzə gəlib. İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb. Son dörd matçda uduzmayan “Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Komanda 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan futbolçular eyni sayda qol buraxıb.
Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək “qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran komanda 5 qol buraxıb.
Qeyd edək ki, sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
"Zirə"nin "Sumqayıt"la 21-ci oyunu - Premyer Liqa
"Sabah"ın "Zirə" ilə 9-cu dueli - Premyer Liqa
"Zirə"nin “Sumqayıt”a qarşı 20-ci oyunu
"Zirə"nin "Səbail"lə 10-cu dueli
"Zirə"nin "Neftçi" ilə 17-ci dueli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası