
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Güləşçilərimiz dünya çempionatının mükafatçıları sırasında
Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı başa çatıb. Sportfm.az Güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edib.
İlk yarış günündə güləşçilərimiz 2 bürünc medal qazanıb. Əhmədnəbi Qvarzatilov (61 kq) sərbəst, Həsən Əliyev (71 kq) yunan-Roma güləşi yarışlarında fərqlənib.
İkinci yarış günündə daha 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşində Tatyana Omelçenko (60 kq), sərbəst güləşdə Gitinomaqomed Hacıyev (70 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (80 kq) yarışlarda iştirak edib.
60 kq
1/8 final - Tatyana Omelçenko - Emese Barka (HUN) 0:10
70 kq
1/16 final - Gitinomaqomed Hacıyev - James Malcolm Green (USA) 1:12
80 kq
Təsəlliverici görüş - Nikoloz Kelosov (GEO) - Rafiq Hüseynov 2:1
1/4 final - Rafiq Hüseynov - Ramazan Abaçaraev (RUS) 1:1*
1/8 final - Rafiq Hüseynov - Aleks Kessidis (SWE) 11:2
Oxşar xəbərlər
Dünya çempionatı öncəsi 2 güləşçimiz reytinqdə ilk sırada yer alıb
Güləşçimiz erməni ilə qarşılaşacaq
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
9 ilə 192 medal qazandılar
Qadın güləşçilərimiz 3 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin