reklam
Renat Dadaşov əməliyyat olundu -
Sportfm.az xəbər saytı

Renat Dadaşov əməliyyat olundu -FOTO


İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov sağ ayağından əməliyyat olunub. 

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün əməliyyatı Avstriyada gerçəkləşib.

"Əməliyyat yaxşı keçdi. Həyatda eniş-yoxuşlar var, bu da bunun bir hissəsidir. Mənim üçün keçmişdəkindən daha çox çalışmaq zamanıdır. Həyatda heç nə asan deyil və belə hallar məni gücləndirir. Hər günü məni dəstəkləyən ailəm, dostlarım, "Vulverhempton" və "Qrasshopper" klubunun həkimlərinə təşəkkür edirəm. Tezliklə görüşərik", - gənc futbolçu bildirib.

"Vulverhempton" Dadaşovu yayda İsveçrə təmsilçisi "Qrasshopper"ə icarəyə verib. 21 yaşlı hücumçunun bir neçə ay oynamayacağı gözlənilir.

 

 

Oxşar xəbərlər

Renat Dadaşov "Trabzonspor"a keçir
Millimizin oyunçusu "Trabzonspor"a keçir
Millimizin üzvü Super Liqada ən yaxşıdır
Millimizin hücumçusu İsveçrə klubunda - Keçid
"Qrasshopper" Renat Dadaşovun yerinə hücumçu aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər