reklam
Azərbaycan çempionatlarına start verildi -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatlarına start verildi -Stronqmen və “strict curl” üzrə


Sentyabrın 12-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri - stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarına start verilib.

Sportfm.az xəbər verir ki, karantin qaydalarına uyğun təşkil olunan yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Yarış zamanı bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Turnir tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə açıq havada təşkil edilib.

Üç hərəkət və dörd çəki dərəcəsi üzrə (80, 95, 110 kq və +110 kq) təşkil olunan stronqmen çempionatının baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədovdur. Yarışda 20 idmançı gücünü sınayır.

“Strict curl” yarışlarında isə idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparırlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində 50 idmançı birincilik uğrunda yarışır.

Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Azərbaycan çempionatında 100-ə yaxın idmançı mübarizə aparacaq
Açıq havada şahmat turniri - Qaliblər müəyyənləşdi
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi - FOTO
Balakəndə güləş yarışının final mərhələsinə start verildi
Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər