"Zədələndiyim üçün məni "Sabah"da saxlamaq istəmədilər" -Cavid Tağıyev
"Hələ dörd həftə İstanbulda qalacaq, reabilitasiyanı da burada keçəcəyəm".
Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyədə əməliyyat olunan "Sabah"ın və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Tağıyev deyib.
28 yaşlı yaşlı yarımmüdafiəçi hələ heç bir klubla danışıq aparmadığını, bütün fikrini zədəsini sağaltmağa yönəltdiyini söyləyib: "Pandemiya yeni başlayan vaxt fərdi məşq zamanı xəsarət aldım. Klubla danışdıqda məni komandada saxlamaq istəmədilər. Əslində ayrılmağı düşünmürdüm, amma belə qərar verildi. Bu, mənim üçün çətin oldu. Qərar özlərinə xeyir verən idi. Ədalətli qərar verib-vermədiklərini özləri bilərlər".
Tağıyev klubun prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə görüşdüyünü sözlərinə əlavə edib: "Bu görüşlər əsnasında qərarı mənə bildirdilər. Məşqlərdən kənarda zədələndiyim üçün müqaviləyə əsasən, sözləşməmə xitam verə bilərdilər. Mən də sonda razılıq verdim. Əməliyyatımın 1/3 hissəsini ödədilər, qalanlarını isə özüm etdim".
Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, "Qarabağ", "Zirə" və "Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib. (Report)
Oxşar xəbərlər
"Turan Tovuz"dan daha bir transfer
Kamran Ağayev futbolda qalır - Açıqlama
"Futbola qayıtmaq istəyirəm" - Millimizin sabiq üzvü
Millimizin sabiq futbolçusu əməliyyat olundu - Türkiyədə
"Sabah" ilk transferini açıqladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
Çempionlar Liqasında həftənin oyunçusu bilindi















Misli Premyer Liqası