reklam
Sportfm.az xəbər saytı

"Futbola qayıtmaq istəyirəm" -Millimizin sabiq üzvü


"Qış fasiləsində hansısa kluba keçməyim real deyil. Hələ ki, ayağımın reabilitasiya prosesi davam edir. Tələsmirəm, tam hazır olduqdan sonra futbola qayıtmaq istəyirəm".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev deyib.

Son olaraq "Sabah"ın formasını geyinən 28 yaşlı yarımmüdafiəçi hansısa klubun onunla danışıq aparmadığını bildirib: "Mart ayında hansısa komandada 2 aylıq məşq etmək ehtimalım var. Amma bu da sadəcə ehtimaldır. Heç bir klubla danışıq olmayıb, ona görə də harada məşqlərə başlayacağımı bilmirəm".

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, və "Zirə"də də çıxış edib. 2 dəfə Azərbaycan millisinin formasını geyinən oyunçu 2020-ci ilin sentyabrında Türkiyədə xaçvari bağlarından əməliyyat olunub. (report)

Oxşar xəbərlər

"Turan Tovuz"dan daha bir transfer
Kamran Ağayev futbolda qalır - Açıqlama
"Zədələndiyim üçün məni "Sabah"da saxlamaq istəmədilər" - Cavid Tağıyev
Millimizin sabiq futbolçusu əməliyyat olundu - Türkiyədə
"Bu, yetərincə təhlükəli virusdur" - Cavid Hüseynov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər