"Dəyişikliklərə hazırlıqlı olmalıyıq" -Canni De Byazi
"Çalışacağıq ki, sabah yaxşı nəticə qazanaq. Monteneqro ilə görüşdə özümüz qapımızda səhvlər etdik və qollar buraxdıq. Matç başqa cür bitə bilərdi. Sabah situasiyanı dəyişməyə çalışacağıq".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının IV turunda Kiprə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
63 yaşlı italiyalı mütəxəssis zədəli futbolçuların durumları haqqında danışıb: "Maksim Medvedev və Bədavi Hüseynov sabah oynamayacaq, Təmkin Xəlilzadə, böyük ehtimalla, ehtiyatda olacaq. Əli Qurbaninin da durumu yaxşı deyil. Xəlilzadə və Qurbani sabah testən keçəcəklər, lazım olsa, meydana çıxa bilərlər. Bədavi Hüseynovu Elvin Bədəlov, Maksim Medvedivi isə Azər Salahlı əvəzləyəcək".
İtaliyalı baş məşqçi "taktiki planda dəyişiklik edəcəksinizmi" sualına belə cavab verib: "Oyun sistemimiz tamam dəyişməyəcək. Monteneqro ilə qarşılaşmadakı sonuncu sistem qalacaq. Taktika isə hər zaman rəqibə uyğun dəyişir. Oyun vaxtı da dəyişikliklərə hazırlıqlı olmalıyıq".
Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
De Byazi indidə küləkdən bəhs etdi
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Azərbaycanla matçda müsbət nəticəyə ehtiyac var" - Yohan Valem
"Bura yaxşı nəticə üçün gəlmişik" - Maksim Medvedev
Millimizin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası