reklam
Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək
Sportfm.az xəbər saytı

Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək


Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayev Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. 

Sportfm.az xəbər verir ki, assosiasiya oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət etsə də, hələ cavab almaylb. Hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır, AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. 

Yığmanın UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən start verildiyi və məsələ ilə bağlı FIFA-nın hələ yekun qərar qəbul etməməsi nəzərə alınaraq, Ağayevin hazırkı toplanışa qatılmayacağı açıqlanıb.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Eddi İsrafilov ("Albasete", İspaniya) və Dmitri Nazarov ("Ertsgebirge", Almaniya) koronavirus pandemiyası ilə əlaqədar test və karantin prosedurları üzündən yığmadan imtina edib. Bu isə millinin qarşıdakı oyunlara legionersiz çıxacağı anlamına gəlir. 

Oxşar xəbərlər

"Qarabağ" "Makkabi"ni məğlub edə bilər" - Əmir Ağayev
Millimizin futbolçuları testindən keçdi - Millətlər Liqası
Eddi İsrafilov toplanışa qatılmayacaq - Koronavirusa görə
AFFA FIFA-ya müraciət etdi - Əmir Ağayevlə bağlı
Millimizin baş məşqçisi israilli futbolçuya dəvət göndərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər